525.Az

Nazir: "Qobustan qoruğunu ziyarət edən turistlərin sayı artıb"


 

Nazir: "Qobustan qoruğunu ziyarət edən turistlərin sayı artıb"<b style="color:red"></b> "Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət edən turistlərin sayı xeyli artıb".
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
 
Nazir bildirib ki, bütün turist şirkətləri Qobustan səfərini turizm paketlərinə daxil edir:
 
"Keçən il Qobustanı təxminən 100 minə yaxın insan ziyarət edib. Bu gün paleolit dövründən qalan qayaların üzərində yazılan yazılar, rəsmlər dünyada çox nadir hallarda tapılır.
 
Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə daxil olaraq, bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin ilk məkanları olan torpaq, yer Azərbaycanda yerləşir. 2013-2014-cü illərdə Qobustan Milli Tarix Bədii Qoruğunda bir sıra işlər görülüb, muzey yaradılıb ki, o da Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub".
 





13.06.2017    çap et  çap et