525.Az

“Elşad Abdullayev axtarışa verilə bilər”


 

“Elşad Abdullayev axtarışa verilə bilər” <b style="color:red"></b>

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yaydığı videomaterial və bunun nəticəsində hər iki şəxs barəsində cinayət işinin açılması Elşad Abdullayevin əvvəlki əməllərinə diqqət çəkib. Belə ki, Qəbul Komissiyasının imtahanlarından kənar ABU-ya tələbə qəbulunun və xarici ölkələrdən tələbə köçürülməsinin aparılması nəticəsində universitet bağlanmışdı. Həmçinin E. Abdullayevin rektoru olduğu ABU qanunsuz orqan transplantasiyasında da ittiham olunurdı. Elə Baş prokuror Zakir Qaralov da bu gün mətbuata açıqlamasında bu məsələlərə toxunub.

Bəs, hazırda Fransada qaçaq həyatı yaşayan Elşad Abdullayev axtarışa verilibmi?

“İnterpol”un Azərbaycandakı bürosundan Modern.az saytına verilən məlumata görə onlar bu haqda heç nə deyə bilməzlər. “Bu haqda məlumatı yalnız Daxili İşlər Nazirliyi verə bilər”.

Daxili İşlər Nazirliyindən bildirdilər ki, sonuncu hadisə ilə bağlı E. Abdullayev barəsində cinayət işi açılıb. “Baş prokuror da bildirib ki, Elşad Abdullayev gəlib istintaqda cavab verməlidir. İndi cinayət işi açılıb, əgər o cinayətdən yayınarsa, istintaqa gəlməzsə, o zaman onun barəsində axtarış verilə bilər”.

Keçmiş rektorun vəkili Adil İsmayılov isə qeyd edib ki, indiyə qədər Elşad Abdullayev axtarışa verilməyib. “Hazırda cinayət işi açılıb. Prokurorluq bəyanat verib. İndiyə qədər Elşad Abdullayevi axtarmırdılar. Axtarılacaqsa, yəqin bundan sonra olacaq”.

 





01.10.2012    çap et  çap et