525.Az

Kolumbiya xarici işlər naziri Qəbələ və İsmayıllıyda


 

Kolumbiya xarici işlər naziri Qəbələ və İsmayıllıyda<b style="color:red"></b> Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Anxela Olgin tanışlıq məqsədilə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.       
     
APA-nın yerli bürosunun xəbərinə görə, qonağa Qəbələ rayonunda istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib. “Beltmann” piano fabriki ilə tanış olan nazirə bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür.
      
Sonra M. A. Olgin Qəbələ konserv zavodu, “Qəbələ-Qida Şəhərciyi” ilə tanış olub. Ona rayonda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr, rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanları, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində Qəbələyə səfər edən turistlərin sayının artım dinamikası haqqında məlumat verilib. 
      
Daha sonra nazir İsmayıllı rayonun Lahic qəsəbəsinə səfər edib.
 





19.06.2017    çap et  çap et