525.Az

"Azərbaycanda miqrasiya qanunvericiliyi daim təkmilləşdirilir"


 

"Azərbaycanda miqrasiya qanunvericiliyi daim təkmilləşdirilir"<b style="color:red"></b> “Azərbaycan hökuməti ölkəyə gələnlərin, burada müəyyən vaxt qalanların, ölkə ərazisindən keçənlərin artması səbəbindən miqrasiya sahəsində gördüyü tədbirləri mütəmadi təkmilləşdirir”.
 
APA-nın xəbərinə görə, bunu BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak deyib.
 
O, BMqT bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: "Ölkənin miqrasiya və səhiyyə sahəsində çətinliklərlə üzləşmək ehtimalını əvvəlcədən müəyyənləşdirmək və qarşısını almaq üçün çalışırıq. Miqrasiya Məcəlləsində bu sahə üzrə məsələlər tam şəkildə əksini tapıb".
 
S. Aktopark bildirib ki, Azərbaycanda miqrasiya sahəsi üzrə qanunvericilik daim təkmilləşdirilir: “Azərbaycanda ölkənin sərhədlərindən gəlib-keçmə məsələləri ilə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv işlər görür. Hökumət Azərbaycanın miqrasiya idarəçiliyi üzrə milli modelinin inkişaf etdirilməsi üçün çalışır”.
 





19.06.2017    çap et  çap et