525.Az

“Məcburi köçkünlər də miqrant sayılırlar”


 

“Məcburi köçkünlər də miqrant sayılırlar”<b style="color:red"></b> “Azərbaycandakı məcburi köçkünlər yalnız BMT-nin Miqrasiya Təşkilatı deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar”.
 
APA-nın xəbərinə görə, bunu BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak deyib.
 
O qeyd edib ki, dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrant var:

"Ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu dövlətlərin sayı artır.

Azərbaycan da inkişaf etdikcə buraya çoxlu miqrant gələcək. Biz miqrantların gəlməsindən qorxmamalıyıq.

Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".
 





19.06.2017    çap et  çap et