525.Az

Gürcüstanla ticarət dövriyyəsi 45% artıb


 

Gürcüstanla ticarət dövriyyəsi 45% artıb<b style="color:red"></b> Bu ilin yanvar-may ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 316 mln. 285,4 min dollar təşkil edib.

"APA-Economics" Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin 5 ayı ilə müqayisədə 98 mln. 920 min dollar və ya 45,51% çoxdur.
 
Qeyd edək ki, Gürcüstanın xarici ticarət dövriyyəsinin 8,0%-i Azərbaycanın payına düşür.
 
Ötən 5 ay ərzində Gürcüstandan Azərbaycana 63 mln. 450,6 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da illik ifadədə 32 mln. 565,6 min dollar və ya 2,05 dəfə çoxdur. Gürcüstanın ixracının 6,3%-i Azərbaycanın payına düşür.
 
Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 252 mln. 834,8 min dollar dəyərində məhsul idxal edib ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 66 mln. 354,4 min dollar və ya 35,58% çoxdur. Gürcüstanın idxalının 8,6%-i Azərbaycanın payına düşür.
 
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 217 mln. 365,4 min dollar təşkil edib. Bu müddət ərzində ölkəmizin idxalı 186 mln. 480.4 min dollar, ixracı isə 30 mln. 885,0 min dollar təşkil edib.
 





19.06.2017    çap et  çap et