525.Az

Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurdu


 

Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurdu<b style="color:red"></b> Türkiyədən Gürcüstana uçan təyyarəni ildırım vurub.
 
APA-nın “kavkaz-uzel.eu” saytına istinadən verdiyi məlumata görə, “AtlasJet” aviaşirkətinə məxsus təyyarə İstanbul-Tbilisi aviareysini həyata keçirərkən hava boşluğuna düşüb.
 
Təyyarə havaya qalxandan 15-20 dəqiqə sonra onu ildırım vurub. Təyyarənin idarəetməsində problem yarandıqdan pilotlar Atatürk hava limanına qayıtmağa qərar veriblər.
 
Bir müddət sonra təyyarə yenidən havaya qalxıb və heç bir problem olmadan Tbilisiyə çatıb.
 





19.06.2017    çap et  çap et