525.Az

"Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"


 

"Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək"<b style="color:red"></b> “Süni surətdə tələbələrin kəsirlərinin saxlanmasına imkan verilməyəcək”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib.
 
Rektor ADU-nun kitabxanasının yaxşılaşdırılması istiqamətində də addımlar atılacağını bildirib: “Təhsil naziri Mikayıl Cabbarov məni Azərbaycan Dillər Universitetinin (ADU) kollektivinə təqdim edib getdikdən sonra dedim ki, kitabxananı görmək istəyirəm. Mənə dedilər ki, əsas binada kitabxana yoxdur, kitabxana universitetin başqa binasına köçürülüb. Mən buna çox təəccübləndim. Təsəvvür edin, bu binada təhsil alan tələbə kitab üçün başqa binaya gedir”.
 
ADU-nun nəzdində fəaliyyət göstərən bir sıra ölkələrin mərkəzləri barədə də danışan akademik vurğulayıb ki, bu mərkəzlərin hamısını özündə ehtiva edən mərkəzlər birliyinin olması onların hər birinin işini daha da optimallaşdıra bilər.
 
K. Abdulla qeyd edib ki, struktur cəhətdən ayrı düşən kafedra və bölmələr birləşdirilə bilər.
 





19.06.2017    çap et  çap et