525.Az

"Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib"


 

"Apellyasiya Komissiyasına müraciət edən 91 şagirdin qiyməti dəyişdirilib"<b style="color:red"></b> Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatını açıqlayıb.
 
DİM-dən APA-ya verilən xəbərə görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
 





19.06.2017    çap et  çap et