525.Az

Xankəndi aeroportu istifadəyə verildi


 

Xankəndi aeroportu istifadəyə verildi<b style="color:red"></b>

Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportu istismara verilib.

APA-nın “Novosti Armenii” saytına istinadən yaydığı məlumata görə, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsi”nin rəisi Dmitri Atbaşyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 28-də aeroportun beynəlxalq standartlara cavab verdiyini və təyyarələri qəbul edib – yola salmağa başlamaq hüququ verən müvafiq sertifikat alınıb.

Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejim İrəvan-Xankəndi istiqamətində və əksinə uçuşlar həyata keçirməyi planlaşdırır.

 





01.10.2012    çap et  çap et