525.Az

"Supermodel Azerbaijan" beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlandı


 

"Supermodel Azerbaijan" beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlandı<b style="color:red"></b> Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "Supermodel Azerbaijan" beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlanıb.

Layihə MUSE və World Beauty Congress (WBC) tərəfindən həyata keçirilir. Təşkilatçıların APA-ya verdiyi məlumata görə, qeydiyyat iyulun 10-na kimi davam edəcək.
 
Qalib Azərbaycanı "Supermodel İnternational 2018" dünya müsabiqəsində 40 ölkə arasında təmsil edəcək.
 
Müsabiqədə 16-26 yaşlı qadınların iştirakı nəzərdə tutulub.
 
Qeydiyyat üçün 2 ədəd 10x15 ölçüdə (tam üz və tam boy) fotoşəkil tələb olunur. Ünvan : Süleyman Vəzirov 22 ( Xətai Metrosunun arxası )
 
Qeyd edək ki, yarışmanın informasiya dəstəyi APA Holdinqə məxsusdur.
 





26.06.2017    çap et  çap et