525.Az

Ramin Musayev: “Qaliblərə verməyə pulumuz yoxdur”


 

Ramin Musayev: “Qaliblərə verməyə pulumuz yoxdur”<b style="color:red"></b> Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Topaz Premyer Liqasında ilk 3 yerin sahibləri üçün nəzərdə tutulan pul mükafatının ləğvinə aydınlıq gətirib.

Musayev Lent.az-a açıqlamasında medalçılara pul ödəmək imkanlarının olmadığını bildirib.
 
Onun sözlərinə görə, Premyer Liqada çıxış edən komandalardan üzvlük haqqı alınmır. Öz ölkələrinin milli komandalarında çıxış edən oyunçular üçün də PFL-ə üzvlük haqqı ödənilmir. Digər legionerlər üçün ilk ilində 20 min, sonrakı il 10 min, 3-cü mövsümü üçün isə 5 min manat köçürülür. Yəni, məbləğ ildən-ilə azalır. Cərimələrə gəldikdə, PFL prezidenti bildirib ki, klublardan gələn bu vəsait qurumun ehtiyaclarına sərf olunur. Premyer Liqanın baş sponsoru Topazın ödədiyi puldan isə medalçılara mükafat nəzərdə tutulmayıb.
 
Bununla belə, Musayev Azərbaycan Kuboku və Superkuboku uğrunda həlledici görüş iştirakçılarının pul mükafatına sahib olacaqlarını xatırladıb. Bu iki turnirin qalibi hərəyə 100 min manat qazanacaq. Məğlub komandaların hər biri isə 50 min manat irəli düşəcək.
 
Qeyd edək ki, ötən mövsümədək Premyer Liqada çempion 150 min, vitse-çempion 100 min, bürünc mükafatçı isə 70 min manat pul mükafatına yiyələnirdi.
 





14.05.2013    çap et  çap et