525.Az

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır


 

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderliyini qorumaqdadır<b style="color:red"></b>

2017-ci ilin ilk 6 ayı ərzində Gürcüstana səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yeri tutub.
 
Gürcüstanın Milli Turizm Administrasiyasından APA-nın yerli bürosuna bildirilib ki, hesabat dövründə qonşu Gürcüstana 737 min 549 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,4% çoxdur.
 
Məlumata əsasən, Azərbaycanla yanaşı Gürcüstana ən çox Ermənistan, Türkiyə, Rusiya və İran vətəndaşları səfər edir.

Administrasiyanın təqdim etdiyi rəqəmlərdən məlum olur ki, ümumilikdə 2017-ci ilin yanvar-iyun ayları ərzində Gürcüstana 1 milyon 309 min 982 turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29,1% artımdan xəbər verir.
 
Qeyd edilən dövr ərzində Gürcüstana 2 milyon 996 min 170 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da 2016-cı ilin analoji göstəricisindən 13,4% çoxdur.
 
2017-ci ilin təkcə iyun ayında isə Gürcüstana 666 min 493 nəfər turist səfər edib. Başqa sözlə, ötən ay qonşu ölkəyə 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 28,5% çox turist baş çəkib.

 





03.07.2017    çap et  çap et