525.Az

Prokurorluq işçiləri mükafatlandırıldı


 

Prokurorluq işçiləri mükafatlandırıldı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, prezident Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Prokurorluğun əməkdaşlarını “İgidliyə görə” medalı ilə və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edib.

“İgidliyə görə” medalı ilə:

Hidayətov Araz Qalib oğlu - Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi
Hüseynov Rəsul Həsən oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi
Ləmbəranski İbrahim Elmar oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi
Nəsibov Vüqar Məsim oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Abbasov Pənah Əzizağa oğlu - Bakı şəhər prokurorluğunun idarə rəisi
Adıgözəlov Əli Adıgözəl oğlu - Naxçıvan Muxtar Respublikasının Culfa rayon prokuroru
Dəmirli Orxan Novruz oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi
Ələkbərov Nəriman Oruc oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru
Ələkbərov Taryel Əkbər oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi
Ələsgərov Aydın Abdulla oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi
Əliyev Nail Rəsul oğlu - Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi
Əliyev Rəhim Bəhrəm oğlu - Bərdə rayon prokuroru
Əfəndiyev Rövşən Pünhan oğlu - Sumqayıt hərbi prokuroru
İmranov Hafiz Beykəs oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru
Kazımov Ceyhun Sultan oğlu - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru
Qarayev Azad Sadıq oğlu - Mingəçevir şəhər prokuroru
Qəhrəmanov Mahir Məmmədyar oğlu - Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru
Quliyev Vüqar Fərhad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru
Maqsudov Rövşən Abid oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisinin müavini
Məmmədov Fuad Kamil oğlu - Bakı hərbi prokurorunun müavini
Mirzəliyev Mövlud Nuru oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi
Nəsirov Fazil Hüseyn oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi

 





01.10.2012    çap et  çap et