525.Az

Rövnəq Abdullayev Ramin Musayevi təbrik etdi (FOTO)


 

Rövnəq Abdullayev Ramin Musayevi təbrik etdi<b style="color:red">  (FOTO)</b> Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi anadan olmasının 50 illik yubileyi münasibətilə təbrik edib. 

Qol.Az-ın məlumatına görə, AFFA və PFL-in əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən assosiasiya prezidenti R.Musayevə xoş arzularını bildirib, şəxsi həyatında və əmək fəaliyyətində uğurlar arzulayıb. 

PFL-in prezidenti yubileyi münasibətilə AFFA-nın diplomu ilə təltif olunub. Rövnəq Abdullayev üzərində "Ramin Musayev 50" yazılmış Azərbaycan milli komandasının futbolkasını və AFFA-nın hədiyyəsini R.Musayevə təqdim edib.
 





16.05.2013    çap et  çap et