525.Az

6 ərəb ölkəsi FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırdı


 

6 ərəb ölkəsi FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırdı<b style="color:red"></b> Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb.

APA-nın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.
 
O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
 
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
 
Xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.
 
Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.
 





16.07.2017    çap et  çap et