525.Az

Çağdaş ədəbiyyatımızın “Balıq gülüşü”


 

Çağdaş ədəbiyyatımızın “Balıq gülüşü”<b style="color:red"></b> İyulun 14-də Mübariz Örən povest və hekayələrdən ibarət ilk kitabını təqdim edib.
 
“Balıq gülüşü” adlı kitabın imza mərasimi Gənc Tamaşaçılar Teatrında baş tutub.

Mərasimə Aqil Abbas, Səfər Alışarlı, Fəxri Uğurlu, Məti Osmanoğlu, Səlim Babullaoğlu, Rüstəm Kamal, Cavanşir Yusifli, yazarın digər həmkarları və oxucular qatılıb.

Mərasimdə Səlim Babullaoğlu Mübariz Örənin ədəbi mühitdəki dəst-xəttindən söz açıb. O, qeyd edib ki, Mübariz klassik janrda özünəməxsus təhkiyə forması ilə diqqət çəkir.

Tədbiri idarə edən tənqidçi Cavanşir Yusifli qeyd edib ki,  Mübariz müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindəndir. Özünəməxsus təhkiyəsi, baxış bucağı olan yazıçı yaşadıqlarının, gördüklərinin dərininə nüfuz edərək yazdığı əsərlərdə göstərməyi bacarıb. Hekayələrində təhkiyə havası anidən dəyişir.

Tədbirdə çıxış edən digər şəxslər də Mübariz Örənin qısa müddət ərzində hekayələrilə qazandığı uğurlardan danışıb, onun artıq ədəbi mühitdə püxtələşmiş imza kimi tanınmasından söz açıb.

Çıxışçılar qeyd ediblər ki, Mübariz Örən çağdaş ədəbi mühitdə və ədəbiyyatda özünəməxsusluğu ilə diqqət çəkən azsaylı yazarlardandır.

Ardınca yazıçı mərasim iştirakçıları üçün yeni işıq üzü görmüş kitabını imzalayıb.

Qeyd edək ki, “Balıq gülüşü” kitabında yazıçının 10 hekayəsi və “Ağ buludlar” povesti toplanıb. “Balıq gülüşü” "ATV Kitab" və "Hədəf Nəşrləri"nin yeni "Çağdaş nəsrin ustaları" seriyasından işıq üzü görən ilk kitabdır. Kitabın Naşiri Müşfiq Xan, redaktoru Səlim Babullaoğludur.

"Ədəbiyyat qəzeti"
 





17.07.2017    çap et  çap et