525.Az

Tanınmış aktyor vəfat etdi


 

Tanınmış aktyor vəfat etdi<b style="color:red"></b> Amerikalı məşhur aktyor Martin Landau vəfat edib.
 
APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.

89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi “Missiya yerinə yetirilə bilməz”, “Kosmos 1999” seriallarına görə məşhurlaşıb.

1994-cü ildə “Ed Vud” filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) “Qızıl Qlobus” mükafatını alıb.
 





17.07.2017    çap et  çap et