525.Az

Mikayıl Müşfiq: dostluq layihəsi


 

Mikayıl Müşfiq: <b style="color:red">dostluq layihəsi</b>

MDB ölkələrində ədəbi proseslərdən bəhs edən Belarus İnternet Portalı: - “Sozvuçiye: MDB ölkələrində ədəbiyyat və publisistika - Mikayıl Müşfiq” adlı yeni lahiyə ərsəyə gətirilib.

http://sozvuchie.by/mikail-mushvig.html  linkınə daxil olaraq Azərbaycanın dahi şairinin həyat və yaradıcılığından  bəhs edən materiallarla Azərbaycan, rus və Belarus dillərində tanış olmaq mümkündür. Müəllifə həsr olunmuş orijinal ədəbi jurnalın məzmununu doldurmaq üçün “Sozvuçiye” saytının moderatorlarlarına yazıçılar, Azərbaycan ədəbiyyatşünasları -  Kamran Nəzirli, İradə Musayeva, Sevinc Nuruqızı, Çingiz Əlioğlu və digər ədəbiyyatsevənlər yardım göstərir.

Bu cür lahiyənin yaranması təsadüfi deyil. Son zamanlar Belarus-Azərbaycan ədəbi, mədəni əlaqələri kifayət qədər uğurla inkişaf edir. Minsk şəhərində müasir Azərbaycan və Belarus ədəbiyyatından olan “Ürəklərin ahəngi: Belarus-Azərbaycan” adlı kitab  işıq üzü gördü. Həmçinin, Çingiz Əlioğlunun, Leyla Əliyevanın, Sevinc Nuruqızının poetik və prozaik əsərlərinin tərcümələri kitab şəklində dərc olunub. Bir çox Azərbaycan yazıçısı Belarusun “Polymya”, “Molodost”, “Neman”, “Ədəbiyyat və incəsənət” adlı qəzet və jurnallarının səhifələrinin daimi qonaqlarıdır.

“Sozvuçiye” internet portalı artıq 3 ildir ki, “Ədəbi Azərbaycan” adlı səhifəni inkişaf etdirir. Bu illər ərizində elektron lahiyə əsasında 400-dən artıq fərqli materiallar - rəylər, milli ədəbiyyatda çərçivəsində keçirilən tədbirlər barədə xəbərlər, müsahibələr və ən əsası müasir Azərbaycan yazıçılarının əsərləri dərc olunub.

Azərbaycan mövzusu ilə bağlı “Sozvuçiye” portalının planında yeni şəxsi İnternet-səhifələrinin yaradılması, Azərbaycan ədəbiyyatının klassiklərinə həsr olunmuş virtual dəyirmi masaların keçirilməsi, poeziya və proza yeniliklərinin xüsusi İnternet-forumda müzakirəsi, Belarus yazıçıları arasında Azərbaycan klassiklərinin poetik əsərlərinin tərcüməsinə aid müsabiqələrin təşkil edilməsi var. “Ədəbi Azərbaycan”ın illüstrativ səhifələrinin zənginləşdirilməsi də nəzərdə tutulub. Bu isə öz sırasında saytın gündəlik baxış reytinqini yüksəldəcək.

Yeri gəlmişkən, qeyd etmək istərdik ki, 1936-cı ildə Mikayıl Müşfiq Minsk şəhərində keçirilən Azərbaycan poeziyası gecəsində iştirak edib. Beləliklə, bugünkü İnternet-lahiyə Azərbaycan şairinin Belarusa qayıtmasının təsadüfi olmadığını göstərir.

Ales KARLYUKEVİÇ
Salatın MİRZƏYEVA

 





17.07.2017    çap et  çap et