525.Az

"Azərbaycana səfər edən əcnəbilərin sayı artıb"


 

"Azərbaycana səfər edən əcnəbilərin sayı artıb"<b style="color:red"></b> Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin I yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

DMX-dan APA-ya verilən məlumata görə, Xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
 
Xidmət rəisi bildirib ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar: “Turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.
 
F. Nəbiyevin sözlərinə görə, 2017-ci ilin I yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb: “Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub”.
 





17.07.2017    çap et  çap et