525.Az

Əhalinin sərəncamında 21,5 milyard manat var


 

Əhalinin sərəncamında 21,5 milyard manat var<b style="color:red"></b>

Bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 mlrd. 526,7 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 mln. 422,9 manat təşkil edib.
 
Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 3,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 mlrd. 526,8 mln. manatlıq vəsait qalıb.

 





17.07.2017    çap et  çap et