525.Az

AMEA-nın magistraturasına qəbul olanların sayı açıqlandı


 

AMEA-nın magistraturasına qəbul olanların sayı açıqlandı<b style="color:red"></b> 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə 66 nəfər qəbul olub.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, Akademiyanın müxbir üzvü Əminağa Sadıqov APA-ya bildirib ki, 66 nəfərin hamısı ödənişsiz, dövlət sifarişi əsasında magistraturada təhsil alacaqlar.
 
Onun sözlərinə görə, magistrlərdən 48-i qız, 18-i isə oğlandır.
 
İdarə rəisi deyib ki, 66 magistr 12 ixtisas və 39 ixtisaslaşma üzrə təhsil alacaqlar: “Qəbul olunanların böyük əksəriyyəti 100-dən artıq bal toplayanlardır, ən yüksək bal isə 143-dür”.
 
Ə. Sadıqov qeyd edib ki, bu il AMEA-nın magistraturalarına qəbul olan 18 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.
 





17.07.2017    çap et  çap et