525.Az

Nazir: "Xəzərin hüquqi statusuna dair əsas sənədin 80 faizi razılaşdırılıb"


 

Nazir: "Xəzərin hüquqi statusuna dair əsas sənədin 80 faizi razılaşdırılıb"<b style="color:red"></b> "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu fəaliyyət göstərir. Hələlik yekun konsensus əldə etmək mümkün olmasa da, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti formalaşıb".
 
APA-nın məlumatına görə, bunu RİA "Novosti" agentliyinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 
Nazir yekun sənədin 70-80 faizinin artıq razılaşdırıldığını bildirib.
 
"Xəzər dənizi ayırıcı yox, birləşdirici sərvətimizdir. Müsbət haldır ki, Xəzəryanı ölkələr addım-addım, səylərini birləşdirərək, həllə yaxınlaşır. Baxmayaraq ki, hüquqi status hələlik müəyyənləşməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı yardım, terrorla mübarizə və digər sahələrdə əməkdaşlıq məsələləri üzrə hüquq baza artıq formalaşdırılıb. 
 
Bu baza bizə əsas verir ki, Xəzərin yekun hüquq statusunun müəyyənləşdirilməsi istiqamətində irəliləyək", - deyə nazir qeyd edib.
 





17.07.2017    çap et  çap et