525.Az

Əntər 50 min sakini işıqsız qoydu


 

Əntər 50 min sakini işıqsız qoydu<b style="color:red"></b>

Zambiyada əntərin elektrik stansiyasında yüksək voltlu transformatoru oğurlaması nəticəsində Livinqston şəhərində və ölkənin Qərb vilayətinin bir hissəsində 50 min sakin işıqsız qalıb.

Trend-in məlumatına görə, transformatorun məhz meymun tərəfindən oğurlanması stansiyanın əməkdaşı Henri Kapata iddia edib.

Sakinlərin işıqsız qalmasına səbəb olan əntərin sağ qaldığı bildirilir. H.Kapatanın sözlərinə görə, bu heyvanın ovucları elektrik keçirmir və buna görə də ona zərər dəyməyib.

 





17.07.2017    çap et  çap et