525.Az

"Azərbaycan pomidorundan yeməyi səbirsizliklə gözləyirəm"


 

"Azərbaycan pomidorundan yeməyi səbirsizliklə gözləyirəm" <b style="color:red"></b>

Rusiyalı müğənni Lolita Milyavskaya “Moskva-Baku” protalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, “Jara” festivalına qatılmağa hazırlaşan ifaçı Bakı ilə bağlı fikirlərini bölüşün.

O bildirib ki, paytaxtımıza gəlməyə çox səbirsizlənir:

“Ən böyük həyəcanım işlə yox, o gözəl şəhəri yenidən görməklə bağlıdır. Dünyanın ən gözəl şəhəri olan Bakını yenidən görəcəm. İldə bir-iki dəfə ora getmək imkanım olur.  Bu dəfə “Jara” musiqi festivalında yer alacam.

İçərişəhəri gəzmək şansımın olacağına ümid edirəm. Ötən il oradan iki xalça alıb evimə gətirmişdim. Moskvadakından dörd dəfə ucuz idi. Evdə döşəməyə sərmişəm, hamı onu haradan aldığımı soruşur.

Çoxdandır Bakıda olmuram. Gəlib yeni mahnılarımı azərbaycanlı və əcnəbi qonaqlar üçün səsləndirmək istəyirəm. Ötən il “Jara”da olanda heç tanımadığım insanlar yaxınlaşır, sevgilərini bildirirdilər.
 
Azərbaycan pomidorundan və göyərtisindən dadmağı səbirsizliklə gözləyirəm. Orada insanlar çox pozitiv yaşayırlar, həyatı və dadlı yeməklər yeməyi sevirlər”.

 





26.07.2017    çap et  çap et