525.Az

Hərbçilərinin qəzaya düşməsi barədə rəsmi məlumat


 

Hərbçilərinin qəzaya düşməsi barədə <b style="color:red">rəsmi məlumat</b>

Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbçilərinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 18-də saat 07.45 radələrində Quba rayonunun Aşağı Altuc kəndinin ərazisində Daxili Qoşunların “N” saylı hərbi hissənin çavuşu Seymur Əliyev idarə etdiyi RAF markalı avtomaşını yolun kənarındakı ağaca vurub.
 
Nəticədə S. Əliyev və sərnişinləri, çavuşlar Rəşad Adıgözəlov, Ayaz  Bayramov, Elmir İsmayılov, Əlibəy İsmiyev hadisə yerində ölüb.
 
Xəsarət alan digər sərnişinlər Əfqan İsgəndərov, Fariz Məmmədov, Elnur Həsənov, Ruslan Musayev, Namiq İsayev və İsmayıl Ağəlizadə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





20.05.2013    çap et  çap et