525.Az

Avtovertolyot 500 min dollara satılacaq


 

Avtovertolyot 500 min dollara satılacaq<b style="color:red"></b>

Amerikalı mühəndis Robert Dinqannesin layihəsi ilə hazırlanan “PAL-V” avtomobili şose ilə hərəkət etməklə yanaşı, göyə də qalxa bilir.

AzərTAc “novate.ru” saytına istinadla bildirir ki, belə bir aparatın yaradılması üçün bir neçə il gərgin işləmək lazım gəlib.

Nəqliyyat vasitəsi yalnız 1 nəfərə hesablanıb.

Havaya qalxacağı təqdirdə maşın vertolyota çevrilir və maksimim sürəti saatda 160 kilometrə çatır.

Həmçinin 1300 kilometrə qədər məsafə qət edən avtomobil 100 kilometrə 7,6 litr yanacaq işlədir.

Gələn ildən kütləvi istehsala buraxılacaq avtovertolyotun təqribi qiyməti 500 min ABŞ dollardır.

 





31.07.2017    çap et  çap et