525.Az

YouTube-a dəqiqədə 100 saat video yüklənir


 

YouTube-a dəqiqədə 100 saat video yüklənir<b style="color:red"></b> YouTube-un səkkiz yaşının tamam olması münasibətilə Google şirkəti videohostinq servisinin əldə etdiyi uğurları bölüşüb.

525.az-ın RİTN-nın saytına istinadən verdiyi məlumata görə, şirkət nümayəndələri bildiriblər ki, hazırda istifadəçilər YouTube-a dəqiqədə 100 saatdan çox videomaterial yükləyirlər. Bir il əvvəl analoji göstərici 72 saat, 2011-ci ildə 48 saat təşkil edib.
 
Servisdən mütəmadi olaraq bir milyarddan çox istifadəçi yararlanır ki, bu da bütün internet auditoriyanın təxminən yarısı deməkdir.
 
Qeyd edək ki, YouTube servisi 2005-ci ilin sonunda yaradılıb. Servis əvvəlcə bir neçə videoçarxın yerləşdirildiyi sayt şəklində olub.
 





20.05.2013    çap et  çap et