525.Az

Məktəblərdə 3D-nin tətbiqi genişləndiriləcək


 

Məktəblərdə 3D-nin tətbiqi genişləndiriləcək<b style="color:red"></b>

Bakı məktəblərində 3D texnologiyalarının tətbiqi üzrə pilot layihəsinin genişləndirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə,
pilot layihə AzNEXT təşkilatının dəstəyilə həyata keçirilir. Məlumatda bildirilib ki, bu gün 18 №-li məktəbin biologiya otağında botanika, biologiya, zoologiya və anatomiya fənləri üzrə 100-dən çox interaktiv və realistik 3D modellər və animasiyalar mövcuddur. Bunlar əsasən insan və heyvanların bədən üzvləri, həmçinin bitkilərdir:

“Gələn ilin əvvəlindən isə biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə 120-dən çox interaktiv laboratoriya işləri və eksperimentlər də mövcud olacaq. Bu, 6-cı sinifdən 11-ci sinfədək 3D kontentinin istifadəsi üçün imkan yaradacaq, həmçinin kimya və fizika üzrə təhlükəli eksperimentlərin virtual şəkildə keçirilməsini mümkün edəcək”.

Məlumata görə, artıq bu il proqram məhsulunun Azərbaycan dilinə uyğunlaşdırılmasına və tərcüməsinə başlanılacaq ki, bu da 3D texnologiyaların digər məktəblərdə də istifadə edilməsi üçün imkan yaradacaq.

S.QARAYEVA

 





02.10.2012    çap et  çap et