525.Az

"WhatsApp"a fişinq hücumu


 

"WhatsApp"a fişinq hücumu<b style="color:red"></b> "WhatsApp" messenceri fişinq hücumuna məruz qalıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "ESET" antivirus şirkətinin ekspertlərinin yaydığı məlumatda deyilir.
 
Bildirilir ki, dələduzlar servisə abunənin vaxtının bitdiyi barədə bildiriş göndərir və onun uzadılmasını təklif edirlər. İstifadəçi buna razılıq verdiyi halda onların ödəniş məlumatları ələ keçirilir.
 
"Fişinq hücumunun potensial qurbanı elektron poçt vasitəsilə guya "WhatsApp"ın inzibatçılarından xəbərdarlıq məktubu alır.

Məktubda qeyd edilir ki, sınaq müddəti başa çatıb və abunənin müddətini uzatmaq üçün qeyd edilən linkdən keçmək və ödəniş etmək lazımdır. Beləliklə, bank kartları barədə məlumatlar dələduzların əlinə keçir", - deyə məlumatda bildirilir.
 





03.08.2017    çap et  çap et