525.Az

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat


 

Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat <b style="color:red"></b> Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində iki qardaş həbs olunub.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, həbs olunan Cəfərov qardaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
 
Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.
 
Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.
 





12.08.2017    çap et  çap et