525.Az

Daha bir “Music Band” çəkilib


 

Daha bir “Music Band” çəkilib<b style="color:red"></b>

Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalının Heydər Əliyev Sarayı ilə birgə layihəsi olan “Music Band” verilişinin növbəti çəkilişi gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, verilişin növbəti qonağı Xalq artisti Ənvər Sadıqov və Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı olub. Ansamblda Ənvər Sadıqovla yanaşı, Əməkdar artistlər - caz ifaçısı Emil Əfrasiyab, tarzən Ələkbər Ələkbərov və başqaları çıxış ediblər. Ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri, kinofilmlərə yazılmış musiqilər, eləcə də xarici musiqilər səsləndirilib. Proqram tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir. Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhərimizin sakinlərinin və qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır.

 

 





12.08.2017    çap et  çap et