525.Az

Rusiya yağış yarada biləcək avadanlıq istehsal edəcək


 

Rusiya yağış yarada biləcək avadanlıq istehsal edəcək<b style="color:red"></b>

Rusiyada tezliklə yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

AzərTAc Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər.

Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yarada biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib.

Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.

 





12.08.2017    çap et  çap et