525.Az

“Yazıçı” bu dəfə Aşıq Ələsgərdən söz açır


 

“Yazıçı” bu dəfə Aşıq Ələsgərdən söz açır<b style="color:red"></b>

“Oğuz eli” qəzetinin “Yazıçı” buraxılışının avqust sayı Aşıq Ələsgərə həsr olunub.

Tanınmış ədibimiz Azər Abdullanın baş redaktoru olduğu buraxılışda Anar, Hüseyn Arif, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Kamil Vəli Nərimanoğlu, Rafael Hüseynov, Nizami Cəfərov, Buludxan Xəlilov, Məhərrəm Qasımlı, Qərib Mehdi və bir çox digər söz-qələm adamlarının Aşıq Ələsgər sənəti haqqında düşüncələri, mülahizələri verilib.

Görkəmli rəssamlardan Mikayıl Abdullayev, Sadıq Şərifzadə, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev, Fəxrəddin Əliyev, Nağdəli Xəlilın yaratdıqları Aşıq Ələsgər portreti və şairin şeirləri əsasında çəkilmiş maraqlı ilüstrasiyalar, sənətşünas Ziyadxan Əliyevin bu rəsmlər barəsində yazdığı məqalə də nəşrin səhifələrində öz əksini tapıb.

 

 





12.08.2017    çap et  çap et