525.Az

Azərbaycanlı skripkaçı Londonda konsert verdi


 

Azərbaycanlı skripkaçı Londonda konsert verdi<b style="color:red"></b>

Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert şəhərin məşhur “St. James`s” kilsəsində keçirilib.

Nəzrin Rəşidova pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən nümunələr səsləndirib.

Konsert zamanı Nəzrin Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layiq görülüb.

Qeyd edək ki, Kral Musiqi Akademiyasının məzunu N.Rəşidova dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.

 





12.08.2017    çap et  çap et