525.Az

Nobel mükafatçısından fəlakət siqnalları


 

Nobel mükafatçısından fəlakət siqnalları<b style="color:red"></b>

Nobel Sülh Mükafatı laureatı Rajendra Paçauri keçən il yayın ortalarından etibarən okean səviyyəsində 17 santimetrlik yüksəlmə olduğunu bildirib. Paçauri sel, quraqlıq kimi fəalkətlər olacağını və bir çox heyvan növünün yox olacağını deyib.

Boğaziçi Universitetinin 150-ci ilinə həsr olunmuş tədbirlər çərçivəsində Türkiyəyə dəvət edilən Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin rəhbəri Paçauri "İqlim dəyişikliyi:enerji-ekologiya" mövzusundakı seminarda iqlim dəyişikliyinə bağlı olan mümkün fəlakətlərə diqqət yönəldib.

Dünyada aparılan iqlim dəyişikliyi siyasətini tənqid edən Paçauri şimal yarımkürəsində qar və buzların əriməsi səbəbilə su səviyyəsinin 17 santimetr artdığını, kiçik adaların çoxunda su səviyyəsinin 1 metrdən yuxarıya çıxdığını deyib: "Buzlar əriməyə davam etdikcə dəniz suyu gedərək yüksələcək. Milyonlarla insan bu səbəbdən sel fəalkətiylə qarşılaşacaq. Yağış, nəm, isti kimi səbəblər xüsusilə turizm sektoruna ziyan vuracaq".

Qarşıdakı illərdə dünyanın bütün bölgələrinin qlobal istiləşmənin təsirinə məruz qalacağını bildirən Paçauri bir çox yerdə fəlakətlərin qaçılmaz olduğunu qeyd edib: "Cənubi Avropanın quraqlıq, Afrikanın aclıq, Şimal dənizinin sahilindəki ölkələrin isə sel fəlakətiylə qarşı-qarşıya qalması təhlükəsi var. Afrikanın bəzi bölgələrində kənd təsərrüfatının məhsuldarlığında 2020-ci ilə qədər 20-30 faizlik azalma baş verəcək. Bu da aclıq və lazımi qədər qidalanmama problemini özüylə gətirəcək. Su mənbələrimiz azaldığı üçün kənd təsərrüfatı məhsulları azalacaq. Dağlardakı qar örtüyü azalacaq. Bir çox heyvan növü tükənəcək. Su mənbələri quruyacaq, ölüm səviyyəsi artacaq".

Habertürk

 





21.05.2013    çap et  çap et