525.Az

Azərbaycan prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib


 

Azərbaycan prezidenti Barak Obamaya başsağlığı məktubu göndərib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya başsağlığı verib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilit:

“Hörmətli cənab Prezident,

Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”.

 





21.05.2013    çap et  çap et