525.Az

Suriyalı nazir: "Türkiyə terrora dəstək verir"


 

Suriyalı nazir: "Türkiyə terrora dəstək verir"<b style="color:red"></b> Suriya xarici işlər naziri Velid al Muallim suriyalı müxalifətçilərə dəstək verən ölkələri ittiham edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazir BMT-nin toplantısında bildirib ki, Bəşər Əsədi istefaya səsləyən ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr Suriya müxalifətinin terrorizminə dəstək verirlər.

Bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirən al Muallim müxalifəti "axan qanı dayandırmaq üçün birlikdə çalışmağa" çağırıb. O, suriyalıların apardığı dialoqun "daha plüralist və demokratik ölkə" yaradacağını söyləyib.
 





02.10.2012    çap et  çap et