525.Az

Klublarımızın avrokuboklardakı rəqibləri nə vaxt bilinəcək?


 

Klublarımızın avrokuboklardakı rəqibləri nə vaxt bilinəcək?<b style="color:red"></b>

2013/14 mövsümündə avrokuboklarda mübarizə aparacaq Azərbaycan klublarının rəqiblərinin müəyyənləşəcəyi püşkütmanın vaxtı bəlli olub. Qol.Az-ın məlumatına görə, püşkatma mərasimi iyunun 24-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutacaq.

Həmin gün Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq “Neftçi”nin və Avropa Liqasına birinci mərhələdən start verəcək “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın rəqibləri bilinəcək. İyul ayında isə oyunlar başlanacaq.

Artıq UEFA püşkatma ilə bağlı Azərbaycan klublarını rəsmən məlumatlandırıb.

 





22.05.2013    çap et  çap et