525.Az

Kosmosa 3D printerlə hazırlanmış peyk göndərildi


 

Kosmosa 3D printerlə hazırlanmış peyk göndərildi<b style="color:red"></b>

Beynəlxalq Kosmos Stansiyasında (BKS) fəaliyyət göstərən rus kosmonavtlar 3D printerlə hazırlanmış ilk peyki kosmosa göndəriblər.

AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Fyodor Yurçikin və Sergey Ryazanskiy stansiyada həyata keçirdikləri altısaatlıq yürüş zamanı kosmosa beş nanopeyk göndəriblər.

Peyklərdən birinin örtüyü və batareya qutusu 3D printerlə hazırlanıb. Kosmonavtların məqsədi 3D printerlə hazırlanmış peyk hissələrinin kosmos şəraitində necə reaksiya verəcəyini müşahidə etmək olub.

Sibirin Tomsk Politexnik Universitetində hazırlanmış peyklə kosmosa müxtəlif dillərdə salam da göndərilib. 4,5 və 10 kiloqram ağırlıqlarında olan peyklərin 5-6 ay orbitdə olması gözlənilir.

 





18.08.2017    çap et  çap et