525.Az

Baş Prokurorluq üç saytın rəhbərinə xəbərdarlıq etdi


 

Baş Prokurorluq üç saytın rəhbərinə xəbərdarlıq etdi<b style="color:red"></b>

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən, “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

Bu haqda Baş Prokurorluğun mətbuat xidmətindən “525”ə daxil olan məlumatda bildirilib.

Bununla əlaqədar həmin saytların baş redaktorları prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.

 





18.08.2017    çap et  çap et