525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

GƏMİ BATIYOR, FARELƏR QAÇIŞIYOR!..

Oxucularımız iç səhifələrimizdə beynəlmiləl diplomasi sahəsində bu vaxta qədər əmsalı görülməyən bir skandalın hekayəsini bulacaqlardır. Bu skandal bütün cahan qarşısında Sovet rejiminin nə kibi çürük bir idarə olduğunu bütün çıplaqlığı ilə göstərməkdədir.

Hökumətinin etimadına malik böyük bir diplomat, səfirin qiyabında bütün işləri öhdəsinə almış bir şəxsiyət, öylə bir vəziyyətə gəliyor ki, kəndi səfarətində kəndi hökumətinin göndərdigi bir “müfəttişin” əlindən canını ancaq hırsızlar kibi, yüksək divarlar üzərindən aşaraq, fransız polisinə iltica etmək surətilə qurtara biliyor.

Damdan-dama qoşaraq tamaşaçıları qatılıncaya qədər güldürən müptəzəl sinema akrobatlarına bənzəyən bu diplomatın gülünc və fəci vəziyyəti qədər sovet diktatorluğunun bugünki halını əks etdirən bir simvol bulunamaz!

Təmsil etdigi “sosyalist” hökumətin şərrindən, gərək kəndisini və gərək ailəsi əfradını “kapitalist” bir hökumətin zabitası sayəsində mühafizə edən bu diplomatın macərası bizə bu vaxta qədər sovet səfarətlərində cərəyan edildigindən bəhs edilən faciələrin birər həqiqət olduğunu düşünmək imkanını veriyor. Keçənlərdə Besedovski qabilindən sərkeş bəzi məmurların Berlin Sovet Səfarətinin bodromlarında cəzayə çarpdıqları şayə olmuşdu. Netəkim Tehran Səfarətində dəxi böylə bir hadisənin vüquunu vaxtilə xəbər almışdıq. Qəzetəçilərə verdigi bəyanatında Besedovski böylə bir aqibətə məruz qala bilməkdən xilas olmaq üçün qaçmaqdan başqa bir çarə qalmadığını ələnən söyləmişdir.

Kəndi hökumətindən qaçan böyük sovet məmuru anlaşılan yalnız Besedovski degildir. Onun ifşaatından anlayırız ki, Sovet Dövlət Bankasının müdiri Şayinmanla halı hazırda tədavi bəhanəsilə Almaniyada bulunan xariciyyə komissarı Çiçerin belə hökumətinin tələbinə rəğmən Moskvaya getməkdən boyun qaçırmaqdadır.

Əmirdən qaçanlar və mərkəzə itaət etmiyənlər yalnız diplomasi sahəsindəmidir? Xayır! Sovet çürüklügünü götərən vaqeələrə Rusiyanın daxilində də az təsadüf edilməz. Bir gün sağlara, o biri gün sollara qarşı şiddət və cəbr kullanaraq hərəkət edən Stalinin, bəzən bütün bir vilayət və hətta bütün bir məmləkət komunistlərinin üsyan və sərkeşligi qarşısında qaldığı vaqidir. Komunizmin ən benam liderləri şu və ya bu şəkildə bugünki idarəyə asidir və bunlar şu və ya bu şəkildə Besedovski kibi degilsə də Şayinman və yaxud Çiçerin vəziyyətindədirlər.

Daha dün Sovet rejiminin məddahı bulunan Romaniyanın məşhur mühərrirlərindən “Romaniya Qorkisi” namını qazanmış bulunan Panoyot İstarfi Sovet Rusiya haqqında hazırladığı əsərindən bir fəslini “La Nüvell Revu Fransez” məcmuəsinin birinci təşrin (oktyabr) nüsxəsində nəşr eyləmişdir. Sovet qəzetələri vaxtilə Sovet Rusiyaya səyahət edən bu mühərrir haqqında yazdıqları yazılarda, onu hər dürlü təqdir və təmcidin fövqündə tutuyorlardı. Sovet münəqqidləri dəxi “Romaniya Qorkisini” təbcil etməkdə idilər. Avropanın ixtilalçı mühərrirləri arasında Panoyot İstarfi bolşeviklərcə, Anri Barbüsdan sonra 2-ci mövqei tutuyordu.

Romaniya ədibi dəxi vaxtilə Sovet Rusiya haqqında çox iyi şeylər yazmış, Sovet qəzetələrilə “Hümanite”də komunizm ixtilalı ilə “Sovet İttihadı” haqqında təqdirkəranə nəşriyyatda bulunmuşdur. Halbuki, şimdi fransız məcmuəsində nəşr etdigi “Şimdiki Sovetlər İttihadı” nam fəsildə romaniyalı mühərrir, tıbqı Besedovski kibi, komunistləri tərklə Sovyetlərin iç üzünü ifşaya başlamışdır. Bu ifşaata görə Rusiyada heç bir sosyalizm yox, yalnız insan həyatını daxili müharibənin materyalı kibi sayan bir terror vardır. Bu materyal kəndi zəfərinin təmini məqsədilə əcibə təşkil edən yeni bir “Kast” tərəfindən sərf olunmaqdadır. Panayot İstarfiyə görə bu “Kast” “həm cahil, həm mübtəzil, həm də əxlaqsızdır”. O, vaxtilə rus ixtilal idealizminin şanü-şərəfini təşkil edən qiymətləri nə biliyor, nə də bilmək istiyor. Panayot da, Qorki kibi əmələ sinfindən çıxmış bir mühərrirdir. Öylə ikən, bu dəfə Rusiyayı tərk edərkən, kəndisini hər hankı rejimdə istismar olunan proletar sinfinə bizzat mənsub olduğu zamandan daha bədbəxt hiss etmişdir. “İnsanları istismar, sadə qara əkməklə yaşamaq zərurətində bulundurmaq, kəndilərindən mırıldanmaq haqqını da səlb etmək, - bir az yüksək səslə bağırmaq cəsarətini göstərənləri güllələmək - sadə bağırmaq - böylə bir rejim dünyanın heç bir tərəfində, hətta Muscolininin məmləkətində belə yoxdur!”

İstarfinin təb edilməkdə olan əsərindən iqtibasla nəşr etdigi fəsildən şimdilik bu qədər bəhslə iktifa edərək, şu qədər biləlim ki, Romaniya Qorkisi bugünki Sovyetləri “eşqiyalıq və terror məmləkəti” cümləsilə tərif etməkdədir.

Qismi məxsusumuzdakı ifşaatından görüləcəgi kibi, Besedovski, kəndi qaçışını izah edərkən, bu hərəkətin hökumət ilə kəndi arasında çıxan məfkurəvi bir ixtilaf nəticəsi olduğunu söyləmişdir. Ona görə dəxi bugünki Sovyet rejimi ixtilalın həqiqi prinsiplərindən uzaqlaşmış, xalqdan təcərrüd etmiş, köylüyə müsəllət olmuş bir idarədir ki, həm Rusiyayı, həm də ixtilalı uçuruma götürüyor. Öylə bir uçurum ki, “qoca Rusiyayı Çinə qarşı belə aciz bir halə qoymuşdur”.

Hər türlü həya və heysiyyət məfhumundan ari bulunan bolşeviklər, kəndiləri üçün ölüm təsirini yapan bu ifşaata qarşı, kimsə üzərində təsir yapamıyan üsullarla müqabilə etdilər.

“İstarfi” Romaniya daxiliyyəsinin ajanı imiş, Besedovski də səfarət paralarını çalmış və sui-istemalı görüldügündən çareyi qaçmaqda görmüş imiş. Fəqət bu, sui-istemalı görülən diplomat hadisədən bir gün əvvəlinə gəlincəyə qədər səfir Dovğalavskiyə vəkalət ediyor, Paristə sovyetləri təmsil edən ən böyük məqamı tutuyordu. Fərzən səfarətin bu xüsusdakı “izahatını” qəbul etsək belə, bu “izah” Sovyet rejiminin şərəfini pək o qədər də müdafiə edəməz.

Bircə Besedovskinin məlum tərzdə qaçaraq, bolşevik əleyhdarı mühacirlərə qovuşmasının ifadə etdigi məna sərihdir. Bu böyük rəzalətin işarət etdigi böyük bir məna vardır ki, o da qızıl diktatorluq gəmisinin batmaq üzrə olduğunu ifadə edər!

Əvət, möhtərəm oxucu, millətləri qızıl süngü gücilə kəndi istilası altında, demokrasiyi şeytani bir rejimin təzyiqi ilə hürriyyət və insanlıq haqqından məhrum bir halda tutan, Sovyet gəmisi, çarpdığı ekonomik böhran ilə köylü müqavimətindən mürəkkəb tarixi və ictimai həyat qanunlarının zəruri müqtəzəyyatından ibarət sualtı daşlarının təsirilə parçalanmış, cu veriyor və gün keçdikcə bir az daha dolaraq təknədəki fareləri qaçırıyor.

Bu “fare”lərin qaçmaqda olduğunu bizim kibi bolşevizya daxilindən az-çox məlumat almaqda olanlar çoxdan duymuşlardı.

Besedovski skandalı isə bu keyfiyyət üzərinə bütün cahanın diqqətini cəlb etmiş oldu.

Əvət öylə: gəmi batıyor, farelər qaçışıyor! 

“Odlu-Yurd”, ikinci təşrin 1929, № 9

Fare - kiçik siçan
Təmcid - böyütmə, tərifləmə
Təbcil - ucaltma, tərifləmə
Mübtəzil - alçaq, bayağı, şit, boş
Səlb - zorla əlindən alma
Müsəllət - hakimiyyəti altına almış
Təcərrüd - soyuma 

Məncə bu baş məqalənin müəllifi məcmuənin baş mühərriri M.Ə.Rəsulzadədir. (Ş.H.)

28 MAYIS 

1918 - 28 Mayıs - 1930 

On ikinci il dönümü!..

On bir il bundan əvvəl hürr və müstəqil Azərbaycanın paytaxtında və bütün şəhər və qəsəbələrində Azərbaycan istiqlalının il dönümü təsis edildigi zaman 1918 sənəsi 28 Mayısında elan edilən Azərbaycan istiqlalının rus siyasi firqələrinin iddia elədikləri kibi “məhdud bir zümrənin” fikrindən ibarət olmayıb da bütün xalq kütləsi tərəfindən bənimsənmiş ümumi məşəri bir fikrin məhsulu olduğunu dost və düşmən hər kəs təsdiq eyləmək məcburiyyətində qalmışdı.

Hərgah bu böylə olmasaydı, Azərbaycan və onun hürriyyət və istiqlalı proğramilə meydana atılan Azərbaycan millət sevənləri, əllərində hökumət və təzyiq aparatı olmadığı halda, ümumi və demokratik seçkilərdə xalqın 95%-ni qazana bilməyəcəklərdi.

O günü, 1919 sənəsində Bakı da, qalib cahan dövlətlərinin gözləri önündə, Azərbaycan xalqını rus zəncirindən buraxmaq istəməməkdə hala belə israr edən rus siyasi firqələrinin qarşısında, Azərbaycan xalqının 28 Mayıs bayramını görməli idi.

O bir sınaq, bir imtahan günü idi... Və o gün Azərbaycan parlamentosu rəisi doktor Həsən bəyin “Azərbaycan” qəzetəsi mühərririnə söylədikləri kibi bu sınaq günü “Azərbaycan türkünün münəvvərlərindən əmələ və köylüsünə qədər, istiqlalçı və istiqlal məfkurəsini surəti qətiyyədə bənimsəmiş olduğu” isbat olunan bir gün idi. O gün bütün məmləkət bir gəlin kibi bəzənmişdi.

Əsirlərdən bəri iztirab çəkən, zəncirlərdə inləyən, yaşamaq, hürr və azad nəfəs almaq haqqından məhrum edilmiş olan bir millət, saysız qurbanlardan, qanlı mücadilələrdən sonra, qan və atəş içərisində məhv olmaq üzrə bulunan bir məmləkəti qurtarmış, bir parlamento, bir hökumət, bir ordu, bir donanma yaratmağa, milli, hürr və sərbəst mədəni bir cəmiyyət həyatı qurmağa müvəffəq olmuşdu. Kəndi iradəsinin, kəndi hürriyyət və hakimiyyətinin timsalı olan üç rəngli milli bayrağının parlamento üzərində, ordusunun başı üzərində, hər yerdə dalğalanmaqda olduğunu görən, dünün məhkum və zəncirbənd, bu günün isə hürr və hakim bir xalqı nasıl sevincindən ağlamaya bilirdi? O gün parlamento qarşısında xalq dəniz kibi qaynamaqda idi. Burada köylərdən axıb gəlmiş köylülər, petrol ocaqlarilə fabrikalardan gəlmiş on minlərlə əmələ, burada məktəb tələbəsi, burada qadın və erkək bütün  xalq toplanmışdı. Köylü və əmələ xətiblərinin “İstiqlal üçün ölmək var dönmək yoxdur!” - deyə gurultulu alqışlar altında söylədikləri nitqlərlə Azərbaycanın ilk baş vəkili və daimi xariciyyə naziri Fətəli Xanın “Azərbaycan istiqlalını göz bəbəyi kibi qorumaq namusumuz icabıdır!” kibi bəyanatını müqayisə edərkən fikirlərdəki vəhdətin görünməsi insanı sevindirməyə bilməzdi. Onun üçündür ki, Milli Azərbaycan Şurasının rəisi sifətilə Azərbaycan istiqlalını elan edən Rəsulzadə Məhəmməd Emin bəyin, xalqın o susmaq bilməyən alqışları arasında:

“Bugünki bayram açıq göstəriyor ki, Azərbaycan türkü, qadın və erkək, ixtiyar və çocuqlar da daxil olmaq üzrə, “İstiqlal” şüarı ətrafında birləşməgə və onu qorumaq, onu göz bəbəgi kibi mühafizə eyləmək üçün bila sinif, vahid milli bir cəbhə yaratmağa müqtədirdir”.

Emin bəyin bu sözlərinə cavab olaraq o yüz minləri keçən xalq dənizi bir səslə “Ölməgə hazırız!” - deyə bağırmışdı...

Əvət o gün böyük bir sınaq günü idi. Qadınlar, qızlar, böyük-kiçik bütün millət ən yeni əlbisələrini geymişdi. Evlər, xüsusi binalar belə, xalılar, çiçəklər və güllərlə bəzənmişdi. Gənc, igid ordumuzun rəsmi keçitdən qışlalara dönərkən hər tərəfdən başına çiçəklər yağıyordu.

Bu qəhrəman ordu içərisində oğlu olan anaların, bir qardaşı, bir yavuklusu olan qızların sevincinə hüdut görünmiyordu. Bu dərin, kütləvi məşəri istiqlal təzahürünün qarşısında Baş Vəkilimiz mərhum Nəsib bəy pək haqlı olaraq diyordu ki:

“Azərbaycan istiqbalına bən pək nikbinanə baxıyoram və cahan millətlərinin istiqlalımız haqqında müsbət qərarını əndişəsiz bəkləməkdəyim. Əgər bu böylə olmazsa Azərbaycan türkü Avropa millətlərinin mədəni olmalarında şübhə etməkdə haqqı olacaqdır...”

Çarlığın süqutundan, o gün, yəni 28 Mayıs 1919-da, iki il, iki ay keçmiyordu. Azərbaycan türkü bu müddətin bir sənəsini inqilaba qədər olan harsi, ictimai, iqtisadi və siyasi inkişaf hərəkətlərinə bir nəticə vurmaqla keçirmişdi. Bu harsi inkişaf hərəkatının məntiqi nəticəsi də 28 Mayıs 1918-də, Azərbaycan xalqını, onun fikir, əməl və arzularını təmsil edən Şurayi-Millinin elan etdigi “Azərbaycan istiqlalı” idi. Bu istiqlal Azərbaycan harsi hərəkatının məntiqi nəticəsi olduğu kibi müstəqbəl inkişaf və tərəqqisinin dəxi yeganə qarantisi idi. Bunda şübhə edənlər və bu xüsusata məxsus şübhə oyandırmaq istəyənlər 1919 sənəsində yapılan istiqlal bayramını mütləqa görməli idilər...

Bu təzahürat o qədər dərin, o qədər qüvvətli və o qədər səmimi idi ki, - bu hərəkat qarşısında Azərbaycan istiqlalını, hətta onun ismini belə yaxına buraxmayanlar susmuş, Rəsulzadə Məhəmməd Emin bəyin 1-ci ildönümü bayramında xalq mitinqlərinin birində qeyd etdikləri kibi “Azərbaycan istiqlalını bilməcburiyyət, şərt və şurutla da olsa qəbul etdiklərini elan ediyor, bununla xalqın hüsnü təvəccöhünü qazanmaq istiyorlardı.

Fəqət bu istəyişlə Azərbaycan millət sevənlərinin istəyişləri arasındakı fərq, Milli Azərbaycanla Sovet Azərbaycanı arasında olan fərq qədər bir şeydi...

Bəlkə Azərbaycan xalqının bu təzahüratı “Yapma” idi?.. Bəlkə məşəri hərəkat keçici bir hiss coşğunluğu idi?.. Millətin müqəddərat və istiqbalı ilə məşğul bulunan hər bir millət və yurd sevən Azəri bu sorğular üzərində düşünmək zərurətindədir.

Hər bir xalq hərəkatı davamlı olursa şüurlu ədd oluna bilir. Hər bir şüurun dərəcəsi də müəyyən fikir və qayə üzərində göstərilən inad və israrın dərəcəsilə ölçülə bilir.

Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın harsi milli həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmiyorsa, əgər Azərbaycan xalqı yeganə həyat və səadəti istiqlal və onun üç rəngli bayrağının altında olaraq düşünüyorsa - o zaman, xalqın, ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr eyləməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir.

Fransanın hüquqçularından Leon Doki, “Hakimiyyət və hürriyyət” nam əsərinin bir yerində diyor ki:

“Bir millət yaşadığı bir ərazi üzərində hürr və sərbəst olaraq həyatını qurmağa əzm edərsə, vahid və müştərək vətənini qanilə və canilə qurtarmağa qalxarsa, ölür fəqət əzmindən dönməzsə, fikrində və qərarında israr edərsə, yalnız o zaman bir millət ədd oluna bilir”.

Dövləti tərif edərkən dəxi:

“Dövlət - milliyyətini müdrik bir cəmiyyətin millət halına gəldiyini və dövlət şəklində təşəkkül eylədiginə denilir” denilməkdədir.

Biz Azərbaycan millət və istiqlal sevənlərinə çarlığın süqut günündən bugünkü günə qədər davam edən mücadilə tariximizə dönüb bir baxmaq kafidir. Harsi, ictimai, iqtisadi, siyasi sahələri ehtiva edən, heç sönməyən və gündən-günə şiddət kəsb edən istiqlal mücadiləmiz, ardı-arası kəsilməyən və bu gün bütün şiddətilə davam edən müsəlləh üsyanlar, çekaları, sibiryaları, solovki kibi buzlu cəhənnəmləri doldurmaqda davam edən münəvvərlər, o ölən fəqət əzmindən dönməyən xalqımız, məşəri, ümumi istiqlal məfkurəsinin müvəqqəti, keçici coşqunluq olmadığını, xalqın vicdanından doğmuş bir ideal olduğunu isbat edən canlı dəlillərdir.

12 sənə əvvəl, Azərbaycan xalqının rəy və istəklərinə tərcüman olaraq elan edilmiş olan Azərbaycan istiqlal və cümhuriyyəti, bu gün on minlərlə qurbanlara, əzmindən dönməyən atəşin mübarizlərə, əlindən silahını buraxmayan mücahidlərə, məzlumlara, şəhidlərə, qəhrəmanlara, bir sözlə istiqlalını almağa əzm etmiş, ölən, qurbanlar verən, qanlar axıdan bir millətə malikdir.

Bir ay əvvəl 10-cu il dönümünü matəm tutduğumuz istilanı, harsi, iqtisadi, ideoloji, əskəri, siyasi cəbhələrdə təməlindən sarsıdan bu qanlı mücadiləyi yapan Azəri münəvvəri, Azəri köylüsü və Azəri əmələsidir.

İştə 28 Mayısın qüvvəti!..

Millətimizin milliyyət dövrünün bitdigini, milli məfkurəsinin artıq qəti olaraq təəssüs etmiş olduğunu göstərən, millət həyatına girdigimizi isbat üçün dəxi bir dövlət qurmaq yolunda mücadilənin başladığını, eyni zamanda, elan edən 28 Mayıs bəyannaməsinin yaratdığı bu qanlı mücadilə dövrü, 3-cü dövrün, müstəqil milli dövlət dövrünün mütləqa gələcəgini göstərməkdədir. Başqa türlü də mümkün degildir. Çünki hər bir şüurlu ictimai hərəkatın məntiqi bir nəticəyə varması zəruridir.

11 sənə əvvəl Nəsib bəy bu xüsusda nasıl nikbin idisə, Rəsulzadə Məhəmməd Emin bəy 12 il əvvəl nasıl “Bir dəfə yüksələn bayraq bir daha enməz!” demişdisə, biz də bu gün elanı istiqlalımızın 12-ci il dönümündə o qədər nikbin və ümidvar olmaqda bərdavamız.

Biliyoruz ki, hürriyyət və istiqlal üçün axıdılan qanlar parlaq bir milli günəşin taluunu təbşir edən Azərbaycan üfüqlərinin şəfəq qızartılarıdır.

Bunu mütləqa işıqlı bir gün təqib edəcəkdir!

O gün bugünki iztirablara əlvida deniləcək, o gün əbədi sevinc və səadətlərə qovuşulacaqdır.

Mirzə Bala
”Odlu-Yurd”, 28 Mayıs 1930, № 16

Məşər - cəmiyyət, xalq, camaat
Xətib - natiq
Müstəqbəl - gələcək
Şürut - şərtlər 

DİQQƏT EDİLƏCƏK BİR İXTİFAL 

24 həziranda İstanbul milli istiqlal uğrunda mücadilə edənlərin diqqətlərini bilxassə cəlb edəcək bir ixtifalə şahid oldu. Lehistan əskəri heyəti tərəfindən Hələbdən alınaraq Lehistana götürülən lehli Murad paşanın gəmiklərini təşyi üçün Sirkeci stansiyonunda səmimi bir ixtifal tərtib edildi.

Murad paşanın Türk və Leh bayraqlarına sarılı bulunan tabutu üzərinə Türk ordusu, Lehistan, Macarıstan, Fransız, Misir Səfarətləri ilə digərləri namına birər çələng qoyulmuşdu.

Tabut Lehistan Rəisi Cümhuruna məxsus salon-vağona qoyulmadan əvvəl Lehistan səfiri müsyo Olşevski, Türk ordusu naminə Emin paşa və sairləri tərəfindən nitqlər irad edilmişdir.

Leh səfirinin gözəl və mənidar nitqindən atidəki cümləyi alıyoruz:

“Vətənini tərkə icbar edilən bu qəhrəman Türkiyə toprağında müsafirpərvərligə nail olmuş və bu məmləkətdə təqdir edildigindən kəndisinə yüksək bir əskəri rütbə tövcih edilmişdir. Bundan dolayı Türkiyə toprağına hörmətlər!”

Emin paşanın nitqindən dəxi atidəki fəqərəyi qeyd ediyoruz:

“Ana vətənindən cüda olaraq ölən bu müqəddəs ölüyü milli bir istiqlal qəhrəmanı olaraq təbcil edərkən Türk ordusunda bir Türk kibi hizmət və böyük rütbələr qazanan əziz Ferikmizin ifa etmiş olduğu iyi hizmətlərini Türkiyə Cümhuriyyəti Ordusu naminə təqdirən bir daha tezkar etməgi vəzifə biliriz”.

Macarıstan səfiri ilə Lehistan əskəri heyəti naminə dəxi birər nitq söyləndikdən sonra böyük tabutu möhtəvi tren Türk əskəri qitəsinin təzim mərasimini ifasından sonra hərəkət eyləmişdir.

Lehistan mültəcisi mühtədi Murad paşanın əsil ismi general Bem-dir. Lehistan tarixində pək mühüm bir rol oynayan bu general bütün həyatını mücadilə içərisində keçirmişdir.

Rusiya, Avsturiya və Almaniya tərəfindən təqsim edilən Lehistan, bir aralıq Napalyon tərəfindən qurtarılmışdı.  O zaman Bem, yüzbaşı rütbəsində bulunmuş Lehli regionunda böyük yaralıqlar göstərmişdir.

1830 sənəsində Lehistanın Rusiyaya qarşı qiyam etdigi zaman Bem bu qanlı mücadilədə böyük qəhrəmanlıqlar göstərmiş və general rütbəsini almışdır.

İstiqlal hərəkatı əqim qaldıqdan sonra hürriyyətpərvər general vətənindən uzaqlaşmağa məcbur olmuşsa da vətəni üçün uğraşmaqdan xali qalmamışdır.

1848 sənəsində istiqlal mücadiləsinə atılan Macar qüvvətlərinin başına keçərək, Macarıstan istixlasını təminə müvəffəq olmuş, fəqət Rusiyanın Avstriya yardımına göndərdigi 200.000 kişilik ordu ilə pək qəhrəmancasına hərb etdikdən sonra Türkiyəyə iltica eyləmiş, Avstriya və Rusiyanın müdaxilələrinə baxmayaraq, Türkiyə tərəfindən himayə görmüşdür. General Bem Türkiyədə islamiyyəti qəbul ilə Murad paşa ismini almış və Türk əskəri hizmətinə alınaraq orduda böyük rütbələr qazanmış və nəhayət Hələb valiligində ikən vəfat etmişdir.

Böyük istiqlal mücahidi şimdi mütəşəkkir vətəndaşları tərəfindən hürr və müstəqil Lehistana götürülüyor.

Nə məsud ölü! Nə məsud Vətən!..

“Odlu-Yurd”, temmuz 1929, № 5

“Odlu-Yurd”çuların vəsiyyəti də məncə budur! (Ş.H.)

İSTİQLAL UĞRUNDA 

Bir qaç sənədən bəri nəşr etdigi əsərlərlə Azərbaycan milli həyat və istiqlal davasına mütəəlliq məsələlərin tənviri yolunda məşkur hizmətlərdə bulunan Milli Azərbaycan nəşriyyatı 7-ci sayısı ilə bizə milli həyat və mücadilə nəşidələrindən hörülmüş nəfis bir şeirlər məcmuəsi vermişdir.

Azəri xalqının düçar olduğu fəlakət və istiqlal mücadiləsini millətin vicdanında yerləşdirmək və yalnız bugünki gəncligin degil, ibtidai məktəblərdən çıxan çocuqların siyasi və milli tərbiyəsi nöqteyi-nəzərdən qayət qiymətli olan bu şeirlər qayilinin şəxsi həyəcan və hissiyyatına tərcüman olmaq və bu etibarla lirik bir ruhdan ziyadə, ümumi və obyektiv bir övsaf və ruh daşır. Bu ümumi ruhda bu gün rus əsarətində yaşamaq istəməyən, sərvətinin ruslar tərəfindən istismarını üsyanla qarşılayan, ana vətənə sövq edilən axın-axın rus mühacirətinə: hasili rusluk siyasəti, bolşevik məzalimi və sovet rejiminə qarşı mücadilədə davam edən mişəri bi vicdanın və bütün bunları devirib də hürr topraqlarında xalq hakimiyyətini qurmaq, milli həyat və harsının inkişafı üçün istiqlalına qovuşmaq istəyən bir millətin ruhudur.

Bu şeirlərdən yüksələn səs də, gərək ədəbi və gərək ictimai və siyasi həyatında romantik dövrü yaşamış, bu gün real və fəal bir dövrdə bulunub idealının təhəqqüqü üçün yılmadan çalışan və mücadiləsini davam etdirən mübariz və qəhrəman bir nəslin səsidir. Əvət öylə bir nəsil ki, yurdunun istixlası üçün əlzəm olan qüvvətin “yalnız kəndisində olduğuna” iman edər və bütün həyatı qüdrətini “arxasında bulunan imanlı millətindən” alır.O, fikrində inadlı, iradə və əzmində qəti və mücadiləsində amansızdır. O, quru sözlə istiqlal əldə edilməyəcəgini müdrik olduğu üçündür ki, hər dürlü maddi və mənəvi məhrumiyyətlərə təhəmmül edərək istiqlal uğrunda sürgünə və ölümə sevə-sevə gediyor. Zira istiqlalsız yaşamada bir mə-na bilmiyor. O, nə şəkildə təcəlli edirsə-etsin istiqlalına mane, hürriyyətini təhdid, demokratik ümdələrini istehkar etməyə yeltenən hər hankı bir qüvvətə qarşı eyni dərəcədə kin bəslər və bu ünsürlərlə mücadilədən bir an fəriğ olmaz. Eyni insiyakladır ki, istiqlal hissilə məşbu bir qəllə, hürriyyət fikrilə mücəxxəs qəhrəman bir dimağa malik bulunan bu mübariz nəsil istiqlalını, bekçisi ölüm olan mərmər divarlar arasında saklı görmüş olsa belə, ölümü istihfafla qarşılar və candan dilədigi istiqlalını əldə etməyə çalışır.

İştə, bu etibarladır ki, Azəri xalqının şanlı mazisini, min bir sərgüzəşt və fəlakət anlarını ehtiva edən şimdiki halını və yaxın istiqbala aid iman dolu ümid və əngin üfüqləri təbşir edən bu misralar, bizə yalnız milli mücadilə hissiyyatının bədii və mövzun bir şəkildə təcəllisini degil, bəlkə milli həyat və məişətdən doğmuş bir ideal ətrafında mütərakim fədakar və imanlı bir xalqın tarixini, psixolojisini və ictimai xüsusiyyətlərini təlqin etmək kibi böyük məqsəd daşıyor.

Vaxtilə Poloniya romantik ədəbiyyatında layəmut və mümtaz bir mövqe ibraz etmiş bulunan A.Mitskevic (1798-1855) və Prodzinski (1771-1835) kibi vətən sevən şairlərin hakim fikirlər, əsarət altında inləyən vətənin fəlakəti, rus boyunduruğunun təhəmmülfərsa ağırlığı, hürriyyət və istiqlal fikirlərinin vəhşi və amansız bir surətdə tənkili ətrafında təmərküz edərək Polonya şeirinə qiymətli və eşsiz bir mənzərə verdi və min türlü işgəncələrə məruz buraxılmış, istibdad altında bulunan bir xalqın şüuru oldusa, eyni sürətlə oxuduğumuz zaman qəlblərimizdə vəhşət hislərini, dimağımızda üsyan fikirlərini qıcıqlayan bu şeirlər bu gün bolşevik məzaliminin qurbanları olan və başda münəvvər gəncligi olmaq üzrə istiqlalına doğru hər an zəfər təranələri ilə yaklaşan Azəri xalqının şüuru, iman və ümidinin canlı timsalıdır.

Y.Əli
”Odlu-Yurd”, 1 mart 1929, № 1

Mütəəlliq - aid, asılı, bağlı
Tənvir - nurlandıran, işıqlandıran
Nəşidə - məşhur beyt, misra
Qayil - deyən, rəvayət edən
Mişər - dərk etmə, mərasim
Təhəmmülfərsa - dözülməz, üzücü
Tənkil - rədd etmə, cəza vermə
İbraz - üzə çıxarma

(Ardı var)

 





21.08.2017    çap et  çap et