525.Az

Mülayim hava şəraiti davam edəcək


 

Mülayim hava şəraiti davam edəcək<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında oktyabrın 3-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Oktyabrın 3-də respublika ərazisində nisbətən sabit və mülayim hava şəraiti davam edəcək.

 





02.10.2012    çap et  çap et