525.Az

“Forbes” dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqladı


 

“Forbes” dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqladı<b style="color:red"></b>

Almaniya kansleri Angela Merkel son on ildə yeddinci dəfə dünyanın ən nüfuzlu qadınlarının reytinqinə başçılıq edib. ANS PRESS-in məlumatına görə, reytinqi “Forbes” jurnalı bu gün açıqlayıb.

Angela Merkel 65 yaşlı Braziliya prezidenti Dilma Russelfi, Bill və Melinda Geyts xeyriyyə fondunun 48 yaşlı rəhbəri Melinda Geytsi qabaqlayıb. Onlar ikinci və üçüncü yerləri bölüşdürüblər.

Reytinqin ilk onluğunda ABş-ın birinci xanımı İişel Obama, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Facebook-un əməliyyat direktoru Şeril Sandberq və hindistanlı siyasətçi Sonya Qandi də var.

Ümumilikdə, 2013-cü ildə ən nüfuzlu qadınların siyahısına 9 dövlət başçısı (bu ölkələrin xalis ümumdaxili məhsulu 11,8 trilyon dolları üstələyir), 24 iri korrorasiya rəhşbəri daxil edilib. Daha 16 qadın isə şəxsi biznesinin əsasını qoyanlardır

 





22.05.2013    çap et  çap et