525.Az

Gələn ay “iPhone”un yeni modeli təqdim ediləcək


 

Gələn ay “iPhone”un yeni modeli təqdim ediləcək<b style="color:red"></b>

“Apple” şirkətinin “iPhone 8” smartfonunun təqdimatı sentyabrın 12-də keçiriləcək.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Yeni modellərin satışına isə sentyabrın 22-də başlanılacaq.
 
Məlumata görə, 64 GB daxili yaddaşı olan “iPhone 8” smartfonu 999 dollara satılacaq.

Bundan əlavə, “iPhone 8”in 256 və 512 GB daxili yaddaşa sahib versiyalarının da satışa çıxarılması gözlənilir.

 





24.08.2017    çap et  çap et