525.Az

"Facebook" və "Instagram"da müvəqqəti problem


 

"Facebook" və "Instagram"da müvəqqəti problem <b style="color:red"></b> "Facebook" və "Instagram" sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.
 
APA-nın "Evening Standard" nəşrinə istinadən verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən minlərə insan sosial şəbəkələrə daxil ola, məlumat göndərə və postlar yükləyə bilmir.
 
Sosial şəbəkələrdə problemin bu gün günün ikinci yarısında yarandığı bildirilir.
 
Bir müddət sonra aradan qaldırılan problemin nədən qaynaqlandığı hələlik məlum deyil. 

 





26.08.2017    çap et  çap et