525.Az

TRT Azərbaycanın Respublika gününü qeyd edəcək


 

TRT Azərbaycanın Respublika gününü qeyd edəcək<b style="color:red"></b>

TRT kanalı Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 95 illiyi münasibətilə Bakıdan da canlı yayım həyata keçirəcək.

Şərqin ilk cumhuriyyəti Azərbaycanın yaradılmasının 95 illiyi münasibətilə "TRT Türk" kanalının sevilən elm, sənət və mədəniyyət proqramı ‘’Doğudan Batıya’’ paytaxt Bakıdan yayımlanacaq.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcanın verdiyi məlumata görə, Mədəniyyət kanalı vasitəsilə Azərbaycan mədəniyyəti və musiqisi 90 dəqiqə boyunca bütün dünyada izlənəcək.

Proqramın ssenari müəllifi və rejissorunun Yeşim Kazaoğlu, aparıcısının Ərhan Konuk olduğunu bildirən Dəyərcan Azərbaycanın məşhur balaban sənətçisi Əlixan Səmədov və qrupunun da proqramın qonaqları olduğunu söyləyib. Bundan əlavə, Azərbaycanın məşhur sənətçiləri Brilyant Dadaşova, İlqar Muradov, Samir Cəfərov və başqaları da proqrama dəvətlidirlər.

‘’Doğudan Batıya’’ proqramı mayın 18-də Bakı vaxtıyla saat saatı ilə 00.30 da "TRT Türk" və "Mədəniyyət" kanalında ortaq yayımla ekranlara gələcək.

Bununla yanaşı, ‘’Zengin Kız Fakir Oğlan’’ serialının çəkiliş qrupu və aktyorları da mayın 28-də Bakıya gələrək ssenari, çəkiliş məkanı və aktyor qrupunu müəyyənləşdirəcəklər. Azərbaycanın məşhur sənətçilərinin iştirakı ilə 28 May saat 18.30-da Park Bulvar Ticarət Mərkəzində imza günü keçiriləcək.

 





23.05.2013    çap et  çap et