525.Az

Rusiyanın ən zəngin ailələri


 

Rusiyanın ən zəngin ailələri <b style="color:red"></b> "Forbes" jurnalı Rusiyanın ən zəngin ailələrinin reytinq cədvəlini tərtib edib.
 
APA-nın Moskva müxbirinin verdiyidi məlumata görə, "Forbes"in reytinqində ilk yeri 9,91 milyard dollar sərvətə malik Qutseriyev ailəsi tutub.
 
"Forbes" artıq dördüncü ildir ki, uğurlu sahibkarlıq fəlaiyyəti ilə məşğul olan ailələrin reytinqini tərtib edir. Qutseriyevlər ailəsi ardıcıl üç ildir siyahıda ilk sıradadır. İş adamı Mixail Qutseriyevin ailəsinə məxsus "Safmar" qrupuna iki yeni tərəfdaş daxil olub. Bu tərəfdaşlar Mixail Qutseriyevin oğlu Səid və bacısı oğlu Bilan Ujaxovdur. Onlar "Safmar" kompaniyasının ayrılıqda 10 faiz aksiyasına sahib olublar. Mixail Qutseriyev "Rusneft"dəki aktivlərini də oz oğlanları ilə bölüşüb.
 
"Forbes"in reytinqində ikinci yeri Rotenberq ailəsi tutub. Jurnal onların sərvətini 4,2 milyard dollar miqdarında dəyərləndirib.
 
Üçüncü pillədə isə 2,7 mlrd dollar sərvətə malik "Promsvyazbank"ın sahibləri olan Ananyev qardaşları qərarlaşıb. Dördüncə yerdə Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyevin oğlanları Ayrat və Radik Şaymiyevlər gəlir. Onların sərvətinin 2,215 mlrd dollar olduğu qeyd edilib.
 
Varlı ailələrin reytinqi tətbiq olunarkən onlara məxsus aktivlərin qiymətləri, şirkət səhmləri, daşınmaz əmlak, eləcə də şəxsi əmlak qeydə alınıb. "Forbes"un siyahısına dövlət məmuru olaraq deyil, ancaq sahibkarlıq yolu ilə sərvət qazanan ailələr daxil edilib.
 





30.08.2017    çap et  çap et