525.Az

Kral və kraliça Azərbaycan Prezidentini təbrik edib


 

Kral və kraliça Azərbaycan Prezidentini təbrik edib<b style="color:red"></b>

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az-ın AzərTac-a istinadən xəverdiyi məlumata görə, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik".

Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı 28 May – Respublika günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq hissi duyur və qarşıdakı ildə dövlətinizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

 





23.05.2013    çap et  çap et