525.Az

"Turizm mütəxəssislərinin yetişdirilməsinə tələbat var"


 

HADİ RƏCƏBLİ: "MÜASİR DÜNYADA TUTDUĞU MÖVQE AZƏRBAYCANI TURİSTLƏR ÜÇÜN MARAQLI BİR MƏKANA ÇEVİRİB"

"Turizm mütəxəssislərinin yetişdirilməsinə tələbat var"<b style="color:red"></b>

"Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib".

Bu fikirləri "525"ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Parlamentin komitə sədri bildirib ki, dövlətimiz turizmin inkişafı istiqamətində vacib addımlar atmaqdadır.

H. Rəcəblinin sözlərinə görə, bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi üçün mütəxəssislərin olması da vacib şərtlərdən biridir.

O, qeyd edib ki, hazırda turizm mütəxəssislərinin yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur. 

"Bu istiqamətdə də müvafiq addımlar atılır. Qeyri-neft sektorunun vacib istiqaməti kimi turizmdən dövlət büdcəsinə xeyli vəsait daxil olur. Görülən işlər nəticəsində gələcəkdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək" - deyə, MM-in komitə sədri sonra sözlərinə əlavə edib.

KAMİL

 





30.08.2017    çap et  çap et